
Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, "Qaziantep" Erol Bulutla yollarını ayırıb.
47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vurulub.
Erol Bulut 2021-ci ilin iyun ayından "Qaziantep"i çalışdırırdı. Komanda Türkiyə Super Liqasında 20 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.