Superliqanın hansı klubu azərbaycanlı legioneri transfer etmək istəyir?

27 Aprel 2022 10:20 Türkiyə 458
Superliqanın hansı klubu azərbaycanlı legioneri transfer etmək istəyir?

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov Türkiyədə komandasını dəyişə bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda "Bursaspor"da çıxış edən 27 yaşlı yarımmüdafiəçi "Sivasspor"un maraq dairəsinə düşüb.

İddiaya görə, Sivas klubu ilə yanaşı, Superliqanın daha bir neçə təmsilçisi təcrübəli oyunçunu heyətində görmək istəyir. Futbolçunun özü də Türkiyədə qalmaq niyyətindədir.

"Bursaspor" aşağı liqaya düşəcəyi təqdirdə, Ələskərun müqaviləsi avtomatik olaraq pozulacaq. Belədə yarımmüdafiəçi "Sivasspor"a azad agent kimi keçə bilər.

Bursa təmsilçisi I Liqada qalacağı halda isə Rza Çalımbayın baş məşqçi olduğu komanda yığma üzvünü müəyyən təzminat məbləği qarşılığında heyətinə qatacaq.

Namiq Ələskərov hazırda 6 qolla "Bursaspor"un ən sərrast futbolçusudur. Onun komandası 35 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti