"Trabzonspor" fanatları Şuşa qalasında klubun bayrağını açdı - VİDEO

26 Aprel 2022 16:20 Türkiyə 644
"Trabzonspor" fanatları Şuşa qalasında klubun bayrağını açdı - VİDEO

"Trabzonspor"un bir qrup azarkeşi Super Liqada çempionluğun rəsmiləşə biləcəyi 35-ci turun "Antalyaspor"la matçından əvvəl Şuşaya səfər edib.

Sportinfo.az xəbər verir ki, "bordo-mavilər"in fanatları Şuşa qalasında klubun bayrağını açı b və "Bizə hər yer Trabzon" şüarını səsləndiriblər.

34 turdan sonra 76 xal toplayan "Trabzonspor" Super Liqada turnir cədvəlinin lideridir. Qara Dəniz təmsilçisi ən yaxın izləyicisi olan "Fənərbaxça"nı 11 xal qabaqlayır.

Avdulla Avcının rəhbərlik etdiyi kollektiv aprelin 30-da "Antalyaspor"la oyunda meydanı 1 xalla tərk etsə, çempion olacaq.

Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!