Məşhur hücumçunun xanımından "Qalatasaray"ı sevindirən açıqlama

27 İyun 2023 01:30 Türkiyə 1 064
Məşhur hücumçunun xanımından "Qalatasaray"ı sevindirən açıqlama

Ötən sezon müqavilə əsasında "Qalatasaray"da forma geyinən argentinalı hücumçu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara verdiyi açıqlama ilə "Cim-bom" azarkeşlərini sevindirib.

Sportinfo.az xəbər verir ki, Nara qatıldığı bir televiziya proqramında Səudiyyə Ərəbistanından təklif aldığı danışılan ulduz futbolçu ilə bağlı suala belə cavab verib:

"Qalatasaray"da çox xoşbəxt idik. Mən də, Mauro da, uşaqlar da burada çox sevildik.

"Qalatasaray"la görüşmədən qərar verməyimiz mümkün deyil. İstanbulda qalmağa müsbət yanaşırıq. Klubla fikir mübadiləsi aparacağıq".

30 yaşlı futbolçu bu mövsüm çempionluq qazandığı "Qalatasaray"ın heyətində 26 matça çıxıb. İkardi bu oyunlarda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti