Fatih Tekke Namiq Ələskərova nə söyləyib?

19 Sentyabr 2021 12:40 Türkiyə 1 356
Fatih Tekke Namiq Ələskərova nə söyləyib?

"Bursaspor"un baş məşqçisi Fatih Tekke Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovla xüsusi görüş gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis yarımmüdafiəçinin son oyundakı çıxışından məmnun qalıb.

O, 26 yaşlı oyunçuya TFF 1-ci liqasının VI turunda "Tuzlaspor"la səfər matçında start heyətdə şans verəcəyini və bunun üçün hazır olmasını söyləyib.

Namiq Ələskərov V turda "Samsunspor"a 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ikinci hissəsində meydana daxil olub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Sentyabrın 19-da keçiriləcək "Tuzlaspor" - "Bursaspor" görüşü Bakı vaxtı ilə 14:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti