Fatih Terim “Qalatasaray”la sağollaşdı

17 May 2021 18:40 Türkiyə 2 820
Fatih Terim “Qalatasaray”la sağollaşdı

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin klubla müqaviləsi 2021-ci ilin mayın 31-də başa çatır.

Sportinfo.az xəbər verir ki, klubda gələn ay keçiriləcək prezident seçkisi səbəbindən mütəxəssis nəzakət qaydası çərçivəsində “Qalatasaray”la vidalaşaraq, ayrılıb.

"Hürriyət" qəzeti yazıb ki, 67 yaşlı mütəxəssis əvvəllər olduğu kimi, klub rəhbərliyinə gələcək şəxslərin baş məşqçi məsələsində şəffaf qərarlar verməsi üçün işini seçkidən öncə yekunlaşdırıb.

Fatih Terim Superliqanın son turunda "Yeni Malatyaspor"la matçdan (3:1) sonra "Mənim müqaviləm bu ay başa çatır.

Hər dəfə prezident seçkilərində olduğu kimi, bu dəfə də öz üzərimə düşəni yerinə yetirəcəyəm. Buna heç kimin şübhəsi olmasın" - deyə açıqlama verib və ailəsi ilə birgə tətil üçün Bodruma yollanacağını deyib.

Həmçinin bildirilir ki, baş məşqçi təyinatı ilə bağıı qərarı iyun ayında keçiriləcək prezident seçkilərindən qalib ayrılan şəxslər verəcək.

Əgər yeni rəhbər yoluna Fatih Terimlə davam etmək istəsə, təcrübə və planları nəzərə alaraq onunla yeni müqavilə imzalayacaq. Lakin komandaya yeni mütəxəssisin gətirilməsi ehtimalı da var.

"Qalatasaray" bu mövsüm Superliqada "Beşiktaş"la eyni xal - 84 xal toplayıb. Lakin "aslanlar" "qara qartallar"dan toplar nisbətində 1 top geri qaldığı üçün çempion ola bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”