"Beşiktaş" çempion! - VİDEO

16 May 2021 00:00 Türkiyə 1 025
"Beşiktaş" çempion! - VİDEO

Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Beşiktaş" komandası tarixində 21-ci, Superliqa keçirilməyə başlayandan isə 16-cı dəfə ölkə çempionu olub.

XLII turda "qara qartallar" səfərdə "Göztəpə" üzərində 2:1 hesablı qələbə qazanıb. Hesabı 10-cu dəqiqədə Domaqoy Vida açıb.

24-cü dəqiqədə Adem Büyük bərabərlik qolunu vursa da, 69-cu dəqiqədə Raşid Gezzal penalti ilə yekun nəticəni müəyyənləşdirib. Bu qələbə sayəsində "Beşiktaş" xallarını 84-ə çatdırıb.

"Qalatasaray" da öz meydanında "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəlib. İlk qolu 39-cu dəqiqədə, qonaq komandadan Adem Büyük vurub.

53-cü dəqiqədə Halil Dervişoğlu, 60-cı dəqiqədə Rayan Babel, 90+3-cü dəqiqədə isə Oqulkan Çalayan fərqlənərək, "sarı-qırmızılar"ın qalibiyyətini təmin edib.

Lakin "Beşiktaş" top fərqində "Qalatasaray"dan öndə olduğu üçün birinci pillədə qalıb və 4 ildən sonra qızıl medallara yiyələnib. "Sarı-qırmızılar" gümüş medalla kifayətlənib.

"Fənərbağça" isə səfərdə "Kayserispor"u 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq bürünc medala sahib olub. “Fənərbaxça”dan Enner Valensiya və Sərdar Aziz fərqlənib. Bununla da "Fənərbağça" 82 xalla 3-cü olub.

Xalını 41-ə çatdıran "Kayserispor" isə 17-ci pilləyə yüksəlib və I Liqaya enməkdən qurtulub. Əvəzində "Trabzonspor"a səfərdə 1:2 hesabı ilə uduzan "Gənclərbirliyi" 38 xalla 20-ci yeri tutub və Superliqa ilə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti