“Fənərbaxça” haqda iddia: Arsen Vengeni gətirirlər?

6 Mart 15:20 Türkiyə 374
“Fənərbaxça” haqda iddia: Arsen Vengeni gətirirlər?

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Türkiyədə çalışa bilər.

Sportinfo.az xəbər verir ki, 71 yaşlı mütəxəssis “Fənərbaxça”ya baş məşqçi təyin oluna bilər.

Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Super Liqa təmsilçisinin baş məşqçi Erol Bulutu yaxında istefaya göndərəcəyi və onun yerinə Vengerə təklif göndərəcəyi bildirilib.

“Fənərbaxça”da baş məşqçi postuna namizədlər arasında Kristof Daum və Okan Buruk da var. Hər iki mütəxəssis hazırda işsizdir.

Arsen Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər “Arsenal”ı çalışdırıb. Fransız mütəxəssis hazırda heç bir klubda işləmir.

“Fənərbaxça” Super Liqada 51 xalla 3-cü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 17:40 Bəs "Zirə" nə etsin?