
“Hər birimiz çətin oyun olacağını bilirdik.
Əslində, oyuna yaxşı başlamışdıq”.
“Sabah”ın futbolçusu Tellur Mütəllimov Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”a məğlubiyyəti şərh edib.
Qonaqlar matçın əvvəlində hesabı açaraq ciddi üstünlük qazansa da, Pavol Şafrankonun fasilə ərəfəsində meydandan qovulması planları dəyişdi.
Say üstünlüyü qazanan qərb təmsilçisi ikinci yarının əvvəlində ardıcıl qollar vurmaqla qələbə hesabını sona qədər qorumağı bacardı.
Tellur yenilgiylə bağlı iki səbəb göstərib:
İlk hissənin əvvəllində hesabda önə çıxmışdıq. Üstünlüyü birinci hissənin sonuna qədər qoruya bildik.
Təəssüf ki, fasilə ərəfəsində meydanda azlıqda qaldiq. Bundan sonra rəqib iki qol vurmağı bacardi.
Meydanda azlıqda olmağımıza baxmayaraq, son dəqiqələrə kimi hücüm etdik, əlverişli imkanlar yaratdıq. Azlıqda qalmağımız və qol şanslarını reallaşdıra bilməməyimiz sonda özünü göstərdi”.
HƏBİB