COP29

Premyer Liqanın liderinin işi çətinə düşdü

6 Sentyabr 23:00 Turan 1 603
Premyer Liqanın liderinin işi çətinə düşdü

Premyer Liqanın lideri yoldaşlıq görüşü üçün rəqib tapa bilmir.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilədən maksimum yararlanmaq istəyib.

O, bunun üçün sentyabrın 9-da sınaq matçının keçirilməsini məqsədəuyğun sayıb ki, rəsmilərə rəqib tapmaq göstərişini verib.

Qərb təmsilçisi Gəncədə hazırlıq keçdiyindən, bunun üçün ən uyğun rəqib “Kəpəz” olub. Lakin yeni baş məşqçi Azər Bağırov təcrübəli həmkarının müraciətinə müsbət cavab verməyib.

Bağırov 6-cı turun matçına sentyabrın 13-də çıxacaqlarını əsas gətirərək yoldaşlıq görüşünün ayın 8-də baş tuta biləcəyini bildirib. Bu isə tovuzluların ürəyincə olmayıb.

Yeganə Premyer Liqa rəqibi əldən çıxandan sonra “Turan Tovuz” çətin durumda qalıb. Çıxış yolu I Liqa, ya da əvəzedici komandaların hansısa biri ilə üz-üzə gəlməkdir.

Tovuz təmsilçisi sentyabrın 15-də “Bank Respublika Arena”da “Sabah”ın qonağı olacaq. Oyun saat 20:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti