COP29

Vurmusan, buyur, indi də cəzasını çək - Şikayəti təmin etmədilər

17 May 14:20 Turan 544
Vurmusan, buyur, indi də cəzasını çək - Şikayəti təmin etmədilər

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un müdafiəçisi Roderik Millerlə bağlı şikayətini təmin etməyib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, panamalı barədə verlən qərarlar qüvvədə qalıb:

1. Şikayətçi "Turan Tovuz" Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 05.05.2024-cü il tarixdə Premyer Liqanın XXXIII turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində “Turan Tovuz”un 5 nömrəli futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması, Tovuz klubunun 3000 manat cərimə edilməsi (maddə 40.3) barədə AFFA İntizam Komitəsinin 08 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"