COP29

"Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək"

7 İyun 15:00 Turan 3 101
"Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək"

“Turan Tovuz”un yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcək.

Bu barədə Sportinfo.az-a açıqlamasında klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.

Mayın 28-də Ayxan Abbasovla vidalaşan Tovuz təmsilçisi hazırda bir neçə yerli və xarici mütəxəssisi gündəminə alıb:

"Bugünlərdə baş məşqçi məsələsini yekunlaşdırmalıyıq. Bir neçə nəfərlə söhbətimiz olub

. İndinin özündə də danışıqlar apardığımız məşqçilər var. Hələ heç kimlə razılaşmamışıq.

Ancaq rəsmiləşməmiş kiminsə adını çəkmək düzgün olmaz. İstəyirəik ki, bu məsələni tez yoluna qoyaq.

Çünki komanda bir müddət sonra yeni mövsümün hazırlıqlarına başlamalıdır. Yeni gələn məşqçinin vaxtı olmalıdır ki, futbolçuları tanısın və hazırlıq planını müəyyənləşdirsin".

Digər Xəbərlər
Xəbər Lenti