Tokio olimpiadası azarkeşsiz keçiriləcək?

3 Mart 2020 12:58 Tokio-2020 629
Tokio olimpiadası azarkeşsiz keçiriləcək?

Tokio-2020 Yay Olimpiya Oyunları azarkeşsiz keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb dünyada sürətlə yayılan koronavirus epidemiyasıdır.

İddiaya görə, hazırda yarışın yalnız televiziya vasitəsilə yayımlanması variantı nəzərdən keçirilir.

Bu həll yolu telekanallarla milyon dollarlıq müqavilələri təmin etməyə imkan verməklə yanaşı, tədbirlərin təxirə salınması və ya ləğv olunmasına altenativ hesab olunur.

Bundan əvvəl Oyunların Təşkilat Komitəsinin baş direktoru İqr Katsura Enye 24 iyul - 9 avqust tarixləri arasında keçiriləcək mötəbər yarışın koronavirusa görə təxirə salınmayacağını açıqlamışdı.

Yaponiyada koronavirusa 961 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib.

Xəbər Lenti