Hacıyev buna sahib oldu

19 Mart 2021 09:20 Tokio-2020 618
Hacıyev buna sahib oldu

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Sportinfo.az xəbər verir ki, komandamıza növbəti vəsiqəni sərbəst güləşçi Hacımurad Hacıyev qazandırıb.

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.

74 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Maksim Vasiloqlodan (Rumıniya) üstün olub. Təmsilçimiz rəqibinə 7:0 hesabı ilə qalib gələrək, finala da vəsiqə qazanıb.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 17-yə çatıb. Hacıyevdən öncə Hacı Əliyev (65 kq) də Budapeştdə Olimpiadada iştirak hüququna yiyələnib.

Onlara qədər isə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadniklə (50 kq) Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar.

Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib. Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər Lenti