COP29

Damda tennis oynayan qızlara möhtəşəm sürpriz - VİDEO

1 Avqust 2020 14:50 Tennis 1 019
Damda tennis oynayan qızlara möhtəşəm sürpriz -  VİDEO

13 yaşlı Vittoriya və 11 yaşlı Karolanın evlərinin damında tennis oynayarkən çəkilmiş videosu son aylarda internetdə izləmə rekordları qırır.

Sportinfo.az xəbər verir ki, "Böyük dəbilqə" turnirlərinin 20 qat qalibi Rocer Federer makaron məmulatlarının istehsalı və satışı ilə məşğul olan "Barilla" firmasının reklam-çarxı üçün Vittoriya və Karola ilə görüşüb. İsveçrəli raketka ustası əvvəlcə qızlarla damda tennis oynayıb.

Sonra isə onlar birlikdə yemək yeyiblər.

Bundan əlavə, Federer və "Barilla"nın dəstəyi ilə Vittoriya və Karola yay tennis düşərgəsi üçün Rafa Nadalın akademiyasına yollanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!