Cokoviç: "Federer və Nadal sayəsində bugünkü mən olmuşam"

21 İyun 2020 01:24 Tennis 724
Cokoviç: "Federer və Nadal sayəsində bugünkü mən olmuşam"

Dünya "bir nömrə"si Novak Cokoviç Rocer Federer və Rafael Nadal haqqındakı fikirlərini "Tennis Channel"lə bölüşüb.

Sportinfo.az xəbər verir ki, serb tennisçi Federer və Nadalın onun üçün ilham mənbəyi olduqlarını bildirib:

"Rocer və Rafa inanılmaz işlər görürlər. Onların hər ikisi əfsanədi. Rocer və Rafa məni ruhlandırırlar - bunu milyon dəfə demişəm. Onların sayəsində bugünkü mən olmuşam. Federer və Nadal hələ də ruhlandırmağa və mənə motivasiya verməyə davam edirlər.

Məncə, bizim uzunmüddətli rəqabətimiz tennis adına əla reklamdı. Bu, həm ümumi tennis, həm də bu işlə yeni məşğul olmağa başlayan gənclər üçün faydalıdı. Ümid edirəm ki, gənclər üçün yaxşı nümunə olacağıq".

Yaxın günlərdə Novakın atası Srcan Cokoviç açıqlamasında Rocerin Federerin oğluna düşmənçilik etdiyini qeyd etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti