"Böyük övladlarım həftədə ən azı bir dəfə irqçiliklə üzləşir“

17 İyun 2020 17:24 Tennis 1 112
"Böyük övladlarım həftədə ən azı bir dəfə irqçiliklə üzləşir“

Əfsanəvi tennisçi Boris Bekker irqçilikdən danışıb.

Sportinfo.az xəbər verir ki, dünyanın sabiq bir nömrəli tennisçisi bu problemin onun ailəsindən də yan keçmədiyini bildirib.

O, övladlarının mütəmadi olaraq irqçiliklə üzləşdiyini vurğulayıb: “Böyük övladlarım həftədə ən azı bir dəfə irqçiliklə üzləşir. Buna görə də bu mövzuda onlarla daim söhbət edirəm.

Ən kiçik oğlum Amadeyunun 10 yaşı var və o, hələ tək hərəkət etmir. Mənim övladlarımın 4-ü də qarışıq irqdəndir”.

Bekkerin 2 övladı qaradərili Barbara Feltusla, bir övladı nigeriyalı Anjela Yermakovadan, digəri isə niderlandlı model Lili Kerissneberqlə nikahdan doğulub.

Digər Xəbərlər
Xəbər Lenti