
Polşanın stolüstü tennis üzrə "Balta" komandası Azərbaycan millisinin üzvü Yu Xinxianqı heyətinə qatmaq istəyir.
Sportinfo.az "Sport.trojmiasto" nəşrinə istinadən xəbər verir ki, Qdansk təmsilçisi Çin əsilli 19 yaşlı oyunçunu ala bilməsə, başqa əcnəbi tennisçiyə yönələcək.
Yu Xinxianq “Qarabağ NN” STK-nın üzvüdür. O, 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdəki Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edib.