
Daniela Hantuxovanı tennsilə maraqlananların çoxu tanıyır.
Sportinfo.az xəbər verir ki, Avropanın üzdə olan qadın idmançılarından sayılan Daniela karyerasını bitirəndən sonra da populyarlığını itirmir.
2017-ci ildə bitirdiyi peşəkar karyerası ilə paralel olaraq "Sports Illustrated", "Hello Magazine", "ESPN Body Issue" kimi jurnallar üçün cəsarətli fotolar çəkdirən idmançı indi də fotomodel kimi çalışır.
Aprelin 23-də 37 yaşını qeyd edən slovakiyalı tennisçi müxtəlif geyim firmaları ilə də əməkdaşlıq edir. O, "Instagram"da da yetərincə fəaldı.