Yenə vurmağımı istəyirsən?" - VİDEO

9 May 2020 15:46 Tennis 1 279
Yenə vurmağımı istəyirsən?" - VİDEO

Novak Cokoviç və Mariya Şarapova instaqram canlı yayımında söhbətləşiblər.

Sportinfo.az xəbər verir ki, tennisçilər söhbət zamanı 2012-ci ildə birlikdə çəkildikləri reklam filmindən bəhs ediblər.

Şarapova qeyd edib: "Deyəsən, onda topla xayalarına zərbə endirmişdim. Ondan sonra bir neçə "Böyük dəbilqə" qazandın, hə? 20-yə yaxın... Yenə vurmağımı istəyirsən?"

Cokoviçin cavabı gecikməyib: "İndi yeni xayallara sahibəm. Həmin zərbədən sonra yenilərini "düzəltdirdim". Yox, artıq zərbə vurmağına ehtiyac yoxdu".

Sözügedən çəkilişin gedişində Cokoviç top qutusunu başının üzərinə qoymuş, Şarapova isə qutunu vurmağa çalışmışdı. Lakin bu zaman Maşa serb tennisçinin xayalarını nişan almışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”