Azərbaycan yığmasının milliləşdirilən üzvü: "Lazım deyilsə…"

26 Aprel 2020 19:20 Tennis 753
Azərbaycan yığmasının milliləşdirilən üzvü: "Lazım deyilsə…"

"Bakıda karantin qaydalarına riayət etməyə çalışıram. Lazım deyilsə, evdən çıxmıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın milliləşdirilən badmintonçusu Edi Reski Dviçayo ölkəsi İndoneziyanın "Ligaolahraga" nəşrinə açıqlamasında deyib.

22 yaşlı idmançı formada qalmaq üçün millinin baş məşqçisi Morteza Validarvinin göstərişi ilə gündəlik çalışmaları yerinə yetirdiyini bildirib: "Validarvi mənimlə əlaqə saxlayır, lazımi təpşırıqlarını verir. Ümid edirəm ki, bəşəriyyət bu qlobal fəlakətdən xilas olacaq və tezliklə idmana qayıdacam".

Dviçayo 2019-cu ildə İtaliyanın Milan şəhərindəki beynəlxalq turnirdə fransalı son Avropa çempionu Bris Leverdeni məğlub etməsindən də danışıb: "Ona qalib gəlməyim mənim üçün unudulmaz an oldu. Belə bir qələbə məni gələcək uğurlara ruhlandırdı",

21 - 26 apreldə Ukraynanın paytaxtı Kiyevdəki keçirilməsi planlaşdırılan Avropa çempionatı təxirə salınıb. Yarışda Edi Reski Dviçayonun da iştirakı nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu