
Peru tennisçisi Arklon Uertas del Pinyo antidopinq qaydalarını pozması səbəbindən könüllü diskvalifikasiya olunub.
Sportinfo.az xəbər verir ki, idmançı narkotik maddə səbəbi ilə bu qərarı verib.
Perunun paytaxtı Limada 2019-cu ilin oktyabrında keçirilmiş turnirdə idmançının nümunəsi pozitiv olub. Del Pinyo 2019-cu il dekabrın 27-də ittiham olunub və bu il aprelin 8-də məhkəmədə günahını etiraf edib.