
İnstaqram sosial şəbəkə hesabında telefon nömrəsini paylaşaraq izləyicilərini ona yazmağa çağıran rusiyalı keçmiş tennisçi Mariya Şarapova rekord sayda mesaj alıb.
Sportinfoaz xəbər verir ki, 32 idmançı Tvitter hesabındakı paylaşımında bildirib ki, izləyiciləri 40 saat ərzində ona 2,2 milyon mesaj yazıb.
Şarapova izləyicilərindən hər kəsə cavab verə bilmədiyi üçün üzr istəyib.