
Karyerasını başa vuran rusiyalı tennisçi Mariya Şarapova gözlənilməz addım atıb.
Sportinfo.az xəbər verir ki, o, özünün rəsmi Tvitter səhifəsində telefon nömrəsini yazaraq izləyicilərini ona mesaj yazmağa çağırıb:
“Ötən həftə 150 izləyicimlə əla videokonfrans etdik. Biz söhbəti başa vursaq da, ünsiyyəti davam etdirmək istəyirdim. Hamımız indi eyni vəziyyətə düşmüşük (koronavirus dövründəki özünütəcridi nəzərdə tutur).
Mən yeni nömrə almışam. Onu sizin üçün burada yazıram. Mənə yazın! 310-564-7981. Bu, əsl həqiqətdir. Mənə danışın görüm, necəsiniz, sual verin və yaxud sadəcə salam yazın”.