
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sportinfo.az xəbər verir ki, qonaqlar Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə tanış olub.
Kampus turu çərçivəsində BANM-in tədris otaqları, laboratoriyaları, yeməkxanası və idman zalları ilə tanış olan səfir tennis meydançasında məşğələ keçən tələbələrlə görüşüb.
Tələbələrlə stolüstü tennis oynayan Corc Dik sərrast ötürmələri ilə diqqət çəkib. Oyun maraqlı anlarla yadda qalıb.