Böyük məbləğdə cərimələndi

9 İyul 2019 16:00 Tennis 802
Böyük məbləğdə cərimələndi

ABŞ tennisçisi Serena Uilyams 10 min dollar cəriməyə məruz qalıb.

Sportinfo.az xəbər verir ki, buna 38 yaşlı idmançının Uimbldon məşq kortunun ot örtüyünü zədələməsi səbəb olub.

İnsident ötən həftəsonu yarışdan əvvəl baş verib. Uilyams raketkasını korta çırparaq örtüyə ziyan vurub.

Serena Uilyams Böyük Dəbilqə seriyalı Uimbldon turnirində bu gün həmyerlisi Elison Riskə qarşı 1/4 final görüşünə çıxacaq. Turnirə iyulun 14-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!