“Minsk 2019”: Azərbaycan badmintonçusu 1/8 finala yüksəldi

26 İyun 2019 00:00 Tennis 864
“Minsk 2019”: Azərbaycan badmintonçusu 1/8 finala yüksəldi

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, şəxsi yarışlarda G qrupunda mübarizə aparan idmançı Lüksemburq təmsilçisi Robert Mannla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan badmintonçusunun 2:0 (21-15,21-18,) hesablı qələbəsi ilə bitib. O, bu nəticədən sonra 1/8 finala vəsiqəni öncədən təmin edib.

Ezmi Qovimuramadhon iyunun 26-da rusiyalı Vladimir Malkovla qarşılaşacaq. O, ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimonu 2:1 hesabı ilə məğlub etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti