Salyanda həbsdən çıxan keçmiş çempion özünü asdı

17 İyun 2019 14:00 Tennis 921
Salyanda həbsdən çıxan keçmiş çempion özünü asdı

Bu gün səhər saatlarında Salyan şəhərində intihar hadisəsi baş verib.

Sportinfo.az xəbər verir ki, Şəhriyar küçəsində tənha yaşayan 68 yaşlı Rahib Hüseynağa oğlu Axundov özünü evinin qarşısındakı üzüm çardağından asaraq intihar edib.

Hələlik intiharın dəqiq səbəbi bilinməsə də, məhkumluq həyatı yaşamış R.Axundovun bu yaxınlarda şərti olaraq azadlığa buraxılaraq probasiya qaydasında nəzarətə verildiyi deyilir .

Ötən əsrin 80-ci illərində “Zub Arif “ ləqəbi ilə tanınan mərhum Azərbaycanın ən məşhur stolüstü tennisçilərindən biri olub və dəfələrlə Azərbaycan və SSRİ çempionu titulunu qazanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı