25 min dollarlıq "Azerbaijan International 2019”ə start verildi

7 İyun 2019 11:12 Tennis 666
25 min dollarlıq  "Azerbaijan International 2019”ə start verildi

Sportinfo.az xəbər verir ki, "Azerbaijan International 2019” turniri başlayıb.

Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə şəxsi kişilər və qadınlar, qoşa kişilər və qarışıq-qoşa kateqoriyalarında təsnifat mərhələsinə start verilib.

Badmintonçularımızdan Orxan Qələndərov təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Malta təmsilçisi Metyu Abelaya 2:0 (21-14,21-13) hesabı ilə qalib gəlib.

Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşündə İran təmsilçisi Əlirza Kərəmi üzərində 2:0 (21-13,21-17 ) qələbə qazanıb.

Kişilərin şəxsi kateqoriyasında təsnifat mərhələsində yarışan badmintonçularımızdan Cahid Əlhəsənov avstraliyalı Entoni Coyeyə 0:2 (9-21,15-21) hesabı ilə uduzub.

Səbuhi Hüseynov isə hindistanlı Kevin Arokia Valterə 0:2 (5-21,11-21) hesabı ilə məğlub olub. Vaqif İsmayılov Slovakiya təmsilçisi Milan Dratvaya 0:2 (11-21,3-21), Rəvan Niftəliyev isə Almaniya idmançısı Aleksander Rooversə 0:2 (5-21,6-21) hesabı ilə uduzub.

Daha iki kişi badmintonçumuz Zaur İsazadə və Aqil Qəbilov da ilk görüşündə məğlub olub. Zaur İsazadə İran badmintonçusu Mehran Şahbaziyə 0:2 (10-21,9-21),

Aqil Qəbilov isə ukraynalı Qlib Beketova 0:2 (19-21,13-21) hesabı ilə uduzub. "Azerbaijan International 2019” turniri iyunun 9-na kimi davam edəcək.

Ümumi mükfat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 badmintonçu mübarizə aparır. ”Azerbaijan International 2019” turnirinin final oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti