Bakıda beynəlxalq “Azerbaijan International” turniri keçiriləcək

22 May 2019 20:12 Tennis 604
Bakıda beynəlxalq “Azerbaijan International” turniri keçiriləcək

Bakıda badminton üzrə “Azerbaijan International” beynəlxalq turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 6 - 9 iyunda baş tutacaq yarışda 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq.

Mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış Bakı İdman Sarayında olacaq.

Beynəlxalq Badminton Federasiyasının təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq “Azerbaijan International” turnirində 5 kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.

Bakıdakı yarışı həmçinin 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları öncəsi badmintonçular üçün sonuncu ciddi sınaqdır.

Azərbaycanı turnirdə 20 badmintonçu təmsil edəcək. Görüşləri isə Avropa və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas referilər arasında yerli hakimlər – Fidan və Gülcənnət Hüseynli bacıları da var.

Digər Xəbərlər
Xəbər Lenti