Onu sarayda mer özü gəzdirdi

6 May 2019 17:48 Tennis 1 135
Onu sarayda mer özü gəzdirdi

Məşhur tennisçi Roje Federer “Masters” turnirində iştirak etmək üçün Madridə gəlib.

Sportinfo.az xəbər verir ki, o, turnirdən əvvəl şəhərlə tanış olmaq istəyib.

Federer Madrid meri Manuel Karmeno ilə görüşüb. Mer Federeri Rabitə sarayı ilə şəxsən özü tanış edib.

20-ci əsrdə bu sarayda poçt və teleqraf xidmətləri fəaliyyət göstərib. İndi isə tarixi binada şəhər merliyi və mədəniyyət mərkəzi yerləşib.

“Masters” mayın 6-da start götürür. Federer İspaniya paytaxtında keçirilən turnirdə 3 dəfə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!