Böyük britaniyalı məşhur tennisçi Endi Marrey bu il karyerasını başa vuracaq.
Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü mətbuat konfransında açıqlama verib.
O, səhhəti ilə əlaqədar bu qərarı verdiyini vurğulayıb. Marrey "Australian Open"in onun üçün sonuncu turnir ola biləcəyini söyləyib.
Təcrübəli tennisçi karyerasını Uimbldon turnirində bitirmək istədiyini, amma 5 ayadək ağrılarla oynamağı bacara biləcəyinə əmin olmadığını vurğulayıb.
Endi Marrey karyerası ərzində iki dəfə Uimbldon, bir dəfə isə "US Open" turnirinin qalibi olub. O, həmçinin 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya oyunlarında qızıl medal qazanıb.
2016-cı ildə tennisçilərin reytinqində birinci piilləyə qədər yüksəlmiş Marrey ötən ilin iyununda əməliyyat olunub və karyerasını yay aylarında bərpa edə bilib.

