Ölkəmizdə badminton üzrə “Level 1” məşqçilik kursları

23 Dekabr 2018 00:50 Tennis 725
Ölkəmizdə badminton üzrə “Level 1” məşqçilik kursları

24-28 dekabrda paytaxtda “Coaching Education Level 1” məşqçilik kursları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının məşqçilərin biliklərinin təkmilləşdirilməsi üzrə təhsil komitəsi ən yüksək səviyyəyə qədər öyrətmə imkanları yaradır.

“Level 1” məşqçi kursları BOK-un olimpiya həmrəyliyi fondunun və BBF-in dəstəyi, milli olimpiya komitəsinin, badminton federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Kurslarda Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Qubanı təmsil edən məşqçilər də iştirak edəcəklər. Məşğələnin moderatoru BBF-in Qərbi Asiya üzrə inkişaf meneceri Murtuza Validarvi olacaq.

Kurslarda məşqçilər nəzəri və texniki biliklərə yiyələnəcəklər. Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək “Level 1” kurslarında iştirakçılara MOK tərəfindən sertifikat, kursları uğurla başa vuran məşqçilərə isə BBF-in “Level 1” məşqçi sertifikatları təqdim olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti