İlin qayıdışı nominasiyasında bütün rəqiblərini qabaqladı

10 Noyabr 2018 00:00 Tennis 693
İlin qayıdışı nominasiyasında bütün rəqiblərini qabaqladı

Mövsümün yekunlarına əsasən, serbiyalı tennisçi Novak Cokoviçə xüsusi mükafat təqdim ediləcək.

Sportinfo.az xəbər verir ki, peşəkar tennisçilər assosiasiyasının qərarına əsasən ilin qayıdışı nominasiyasında Cokoviç bütün rəqiblərini qabaqlayıb.

İyun ayında ATP reytinqində 22-ci pillədə qərarlaşmış Novak noyabr ayında qədər dünyanın 1 nömrəli raketkası statusunu qaytarıb. O bu müddətdə US Open və Uimbldon daxil olmaqla 4 turnirdə bütün rəqiblərinə qalib gəlib.

Cokoviçin şəxsi məşqçisi Marian Vayda da ilin ən yaxşı məşqçisi adına layiq görülüb. Yunanıstanlı tennisçi Stefanos Tsitsipias karyeraslındakı inkişafa görə assosiasiya tərəfindən qiymətləndiriləcək.

Mövsümün tapıntısı isə avstraliyalı Aleks de Minaur hesab olunub. İspaniyalı ulduz Rafael Nadal kort hüdudlarında və ondan kənarda feyr pley qaydalarına riayət etmə və yüksək peşəkarlıq göstərməsinə görə mükafat alacaq.

Müxtəlif nominasiyalar üzrə qaliblər ATP seriyalı turnirlərdə mübarizə aparmış tennisçilərin səsverməsi yolu ilə seçilib. Qeyd edək ki, qaliblərə mükafatlar İngiltərənin paytaxtı Londonda təqdim olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti