Noyabrın 8-də texniki universitetinin idman sarayının əsas zalında badminton üzrə Azərbyacan çempionatına start veriləcək.
Sportinfo.az xəbər verir ki, qaliblər 5 kateqoriya üzrə müəyyənləşəcək. Yarış 4 gün davam edəcək.
Ayın 11-də kişi və qadınların şəxsi və qoşa yarışlarında, eyni zamanda, qarışıq cütlərdə final qarşılaşmaları olacaq.
Kateqoriyalar üzrə ilk 3 yeri tutanlar diplom və medallarla təltif ediləcəklər. Görüşlər hər gün saat 15:00-da başlayacaq. Tamaşaçılar üçün giriş sərbəstdir.

