"Bilirsiz, sizin ürəyinizcə deyiləmsə, məndən əl çəkin!"

28 Dekabr 2016 10:24 Tennis 810
"Bilirsiz, sizin ürəyinizcə deyiləmsə, məndən əl çəkin!"

Dünya şöhrətli tennisçi Serena Uilyams özünə olan münasibət barədə fikirlərini bildirib. Sportinfo.az xəbər verir ki, Uilyams bəzi insanların ona qarşı dözümsüzlük nümayiş etdirdiyini deyib. Səmimi etiraflar edən Serena özünü sevdiyini bildirib:

“Hesab edirəm ki, bir çoxu mənə qarşı dözümsüzlük nümayiş etdirir. Ona görə ki, mənim rəngim qaradı, güclüyəm, özümə əminəm. Onlar deyirlər ki, mənim əllərim fərqlidi, ayaqlarımı başqa cür atıram. Bilirsiz, sizin ürəyinizcə deyiləmsə, əl çəkin. Hamının xoşuna gələ bilmərəm.

Əsas odu ki, özümün xoşuma gəlir, özümü sevirəm.Hər kəs kimi istəyirsə, onu da xoşlasın. Amma məni rahat buraxsınlar. Vaxt var idi ki, özümü komfort hiss etmirdim. Düşünürdüm ki, həddindən artıq güclüyəm. Daha sonra fasilə götürmək fikrinə düşdüm. Çoxu fikirləşir ki, mən qadın üçün çox atletikəm. Amma mən də deyirəm ki, məhz bu göstərici məni böyük tennisçi edib. Bundan sonra beynimi belə fikirlərlə məşğul etməməyə qərar verdim.

Bir çox afroamerikalılarda kompleks olur. Onlara elə gəlir ki, pis görünürlər. Amma bizim ailədə lap uşaqlıqdan fərqli ab-hava olub. Atam həmişə biz deyirdi ki, özünüzü, tarixinizi sevin. Biz yüz illər boyu yaşamaq uğrunda mübarizə aparmışıq. Bu da bizi güclü və dözümlü edib. Ona görə də, mən dərimin qara rəngiylə qürur duyuram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti