Babayevlərə məxsus "Gənclik" ASC zərərdən çıxa bilmir

22 Avqust 2018 15:48 Tennis 1 007
Babayevlərə məxsus "Gənclik" ASC zərərdən çıxa bilmir

"Gənclik" İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC 2017-ci ili də zərər ilə başa vurub.

Sportinfo.az xəbər verir ki, 2016-cı ildə ASC-nin xalis zərəri 48 min 890 manat ikən, 2017-ci ildə zərər 44 min 574 manat təşkil edib.

2015-ci ildə ASC-nin xalis zərəri 54 min 767 manat təşkil etmişdi. Sözügedən dövrdə ASC-nin satışdan gəlirləri 452 min manatdan 360 min manata düşüb.

“Gənclik” ASC ötən il işçi heyəti üzrə xərclərini azaldıb. 2016-cı ildə 315 min 910 manat təşkil etmiş xərclər 2017-də 224 min 199 manata düşüb. İşçi heyəti üzrə xərclərin azaldılması xalis zərərin də azalmasına səbəb olub.

"Gənclik" ASC-nin 51 səhmdarı olsa da, nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan şəxslər: Babayev Kamal Ələkbər oğlu – 41,81 % (288500), Babayev Tahir Kamal oğlu – 20,85 % (143858) Babayeva Rəna Kamal qızı – 15,00 % (103500) və Əsədullayev Çingiz Rauf oğlu - 20,85 % (143918) (AgBank-ın da səhmdarıdır).

“Gənclik” idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilib. Kompleksə üzgüçülük hovuzu, trenajor zalı, sauna, 400 oturacaq yerli bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları daxildi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti