“Şərtlər indi ağırlaşıb, hər növdə yalnız 2 idmançı vəsiqə qazana bilər" - Nazirin müavini

26 İyul 2018 00:40 Tennis 732
“Şərtlər indi ağırlaşıb, hər növdə yalnız 2 idmançı vəsiqə qazana bilər" - Nazirin müavini

“Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən gənc qız stolüstü tennisçilərin Avropa çempionatında komandamızın qızıl medal qazanması böyük uğurdu.

Finalda Rusiya kimi güclü kollektivə qalib gəlmək çox sevindiricidi”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dedi.

Onun sözünə görə, yeniyetmələrin olimpiya oyunlarına lisenziya yarışlarda nəticəyə yetişmək çətinləşib:

“Şərtlər indi ağırlaşıb. Hər növdə yalnız 2 idmançı vəsiqə qazana bilər. Sevindiricidir ki, stolüstü tennisdə Buenos Ayres-2018-ə tam heyətlə yollanacağıq. Yeniyetmə idmançılara göstərilən diqqət və qayğının bu qələbədə rolu böyükdü”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti