Almaniya və Amerika yığmaları arasında tennis üzrə Federasiya kuboku matçında Üçüncü reyxin himni səsləndirilib. Sportinfo.az xəbər verir ki, himn II Dünya müharibəsindən sonra qadağan edilib. Alman tennisçi Petkoviç bildirib ki, bu onun həyatında baş verən ən pis hadisə idi və buna görə yarışın təşkilatçılarını ittiham edir.
ABŞ Tennis Assosiasiyası baş verən insidentlə bağlı idmançılardan üzr istəyib. Almaniya millisinin kapitanı Barbara Rittner isə baş verən hadisədən xeyli təəccüblənib: “Bu çox böyük qalmaqaldır, bu bağışlanmaz vəziyyətdir. Bizə qarşı hörmətsizlik etdilər”.

