İspaniyanın məşhur tennisçisi Rafael Nadal “Real” barədə danışıb. Nadal “kral klubu”nun çılğın azarkeşidi. Sportinfo.az xəbər verir ki, ünlü tennisçi gələcəkdə “Real”ın prezidenti olmaq istədiyini də etiraf edib: “Həyatda nələrin baş verəcəyini heç vaxt müəyyənləşdirmək olmur. Hər kəs bilir ki, mən çılğın futbol azarkeşiyəm və sevimli komandam da “Real”dı.
İndi bu haqda danışmaq xəyaldı. Ancaq bir halda ki, siz məndən “Real”ın prezidenti olmaq istədiyimi soruşursuz, onda belə cavab verəcəm: əlbəttə! Amma indi klubda hər şey qaydasındadı. Florentino Peres əla prezidentdi. Ona görə də, düşünmürəm ki, hazırda “Real”la lazımam”.

