Bu futbolçu külli miqdarda yatırım edəcək - Azərbaycanda deyil

27 Fevral 2018 14:24 Tennis 793
Bu futbolçu külli miqdarda yatırım edəcək - Azərbaycanda deyil

“Barselona”nın futbolçusu Xerard Pike tennisə külli miqdarda yatırım edəcək.

Sportinfo.az xəbər verir ki, Pikeyə məxsus investisiya qrupu “Kosmos” Beynəlxalq Tennis Federasiyası ilə birlikdə Devis Kubokunda genişmiqyaslı islahat aparacaq.

İslahatlara ən yaxın vaxtda başlanılacaq. Pikenin sözlərinə görə, islahatlardan sonra Devis Kuboku dünya çempionatına bərabər olacaq.

Turnir hər ilin noyabr ayında bir həftə ərzində 18 komandanın iştirakı ilə keçiriləcək. Turnir qrup mərhələsindən başlayacaq. Daha sonra 8 komanda mübarizəni 1/4 finaldan davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti