Az qala öləcəkmiş: "Həkim yox, dərman yox" - FOTO

24 Fevral 2018 01:00 Tennis 989
Az qala öləcəkmiş: "Həkim yox, dərman yox" - FOTO

Amerikalı tennisçi Serena Uilyams ötən il ana olub.

Qadın idmançı yerli mətbuata açıqlamasında doğum sırasında ölümdən döndüyünü deyib.

Sportinfo.az xəbər verir ki, Uilyams hamiləliyinin normal keçdiyini, ancaq doğum sırasında çətinliklə üzləşdiyini bildirib. O, doğumdan sonra 6 həftə yatdığını da vurğulayıb.

Serena daha sonra hər il kasıb ölkələrdə minlərlə qadının bu problemlə üzləşdiyini xatırladaraq, hamını həmin insanlara kömək olmağa çağırıb:

“Kasıb ölkələrdə minlərlə qadın bu problemlə qarşılaşır. Həkim yox, dərman yox, tibbi qurumlar yoxdu. Analar və yeni doğulmuş körpələrə yardım üçün qurulmuş vəqflərə hamı öz köməyini əsirgəməməlidi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti