Dünya nəhəngləri üz-üzə: Rocer Federer, yoxsa Rafael Nadal?

30 Yanvar 2017 17:48 Tennis 762
Dünya nəhəngləri üz-üzə: Rocer Federer, yoxsa Rafael Nadal?

Dünyanın iki ən güclü tennisçisi - Rafael Nadalla Rocer Federerin gözlənilən qarşılaşması baş tutub. Sportinfo.az xəbər verir ki, isveçrəli raketka ustası Böyük dəbilqə seriyalı Australian Open 2017 turnirinin qalibi olub.

Təcrübəli idmançı bununla şəxsi və dünya rekordunu qıraraq, 18-ci dəfə Böyük dəbilqə seriyalı yarışın qalibi adını qazanıb. 35 yaşlı Federer ispan rəqibini 6-4, 3-6, 6-1, 3-6, 6-3 hesabları ilə məğlub edib.

Bu, Federerin Avstraliyanın açıq çempionatında 5-ci qələbəsidir. İsveçrəli Rolan Qarosda (Fransa) 1, Uimbldonda (Böyük Britaniya) 7, USA Opendə (ABŞ) 5 dəfə əxri kürsünün ilk pilləsinə qalxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti