Azərbaycanlı gənclər Qazaxıstana getdi - Avrasiya Liqasında yarışacaqlar

03:40 Tennis 68
Azərbaycanlı gənclər Qazaxıstana getdi - Avrasiya Liqasında yarışacaqlar

Azərbaycanın gənc stolüstü tennisçiləri Qazaxıstana yola düşüblər.

Sportinfo.az xəbər verir ki, seçmə komanda Aktobe şəhərində təşkil olunacaq Avrasiya Liqasında mübarizə aparacaq.

Gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə martın 27-də Aktobe sınaqlarına qatılacaq. Yarışın ilk turuna martın 30-da yekun vurulacaq.

Bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Azərbaycan seçməsi ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti