Azərbaycan çempionatında komanda yarışının qalibləri bəlli oldu

5 Mart 04:50 Tennis 692
Azərbaycan çempionatında komanda yarışının qalibləri bəlli oldu

Stolüstü tennis üzrə Azərbaycan çempionatında ilk mükafatçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komanda yarışlarında medalçılar bəlli olub.

Kişilərin mübarizəsində "Bakı-1" kollektivi birinci yeri tutub. "Bakı-2" ikinci, "Bakı-3" və "Şabran" üçüncü yerdə qərarlaşıb.

Qadınların yarışında "Sumqayıt-1" qalib gəlib. "Bakı-1" komandası ikinci yeri tutub. "Bakı-2" və "Sumqayıt-2" üçüncü pillədə qərarlaşıb.

Növbəti günlərdə şəxsi, qoşa və qarışıq qoşa növlər üzrə mükafatçılar müəyyənləşəcək. Azərbaycan çempionatı martın 6-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM