Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək

28 Fevral 04:20 Tennis 355
Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək

Stolüstü tennis üzrə Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova "Masader"də, Adil Əhmədzadə ilə Onur Quluzadə isə "Spin Point" klublarından dəvət alıblar.

Sözügedən idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar.

Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq.

Milli komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!