Rusiyanı təmsil edən azərbaycanlı yalnız finalda UDUZDU

08:30 Tennis 143
Rusiyanı təmsil edən azərbaycanlı yalnız finalda UDUZDU

Rusiyanı təmsil edən azərbaycanlı tennisçi Anastasiya Həsənova 2026-cı il Avstraliya Açıq Çempionatının (Australian Open) əsas mərhələsinə vəsiqə qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, fərdi iştirakçıların təsnifat finalında Həsənova Türkiyəni təmsil edən Zeynep Sönməzə (112-ci yer) məğlub olub.

Oyun təxminən bir buçuk saat davam edib və 2:6, 3:6 hesabı ilə yekunlaşıb.

Dünya reytinqində 212-ci olan Anastasiya Avstraliya Açıq Çempionatının təsnifat finalına yüksələn yeganə Rusiya təmsilçisi olub.

Anastasiya Həsənovanın atası və babası azərbaycanlıdır. O, hazırda Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar neytral statusda çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK