ABŞ kosmonavtından ruslara təklif: "Kosmosda tennis oynayaq"

12 Dekabr 2017 00:40 Tennis 703
ABŞ kosmonavtından ruslara təklif: "Kosmosda tennis oynayaq"

ABŞ astronavtı Endryu Cey Fyustel maraqlı ideya ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, Endryu gələn ilin martın 9-da həmyerlisi Riki Arnold və rusiyalı kosmonavt Oleq Artyomovla birgə kosmosa yollanacaqlar.

Onlar “Ekspedisiya 55”-in tərkibində kosmosda yarım il olacaqlar. Tennis həvəskarı olan Endryu rus həmkarına təklif edib ki, kosmosda tennis oynasınlar.

Fyustel geologiya elmləri doktorudu və 2000-ci ildən NASA-nın kosmonavtıdı. O, indiyə qədər kosmosda 29 gün keçirib, açıq kosmosda isə 42 saat olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti