Azərbaycanlı badmintonçular Gürcüstanda 11 medal qazandı

00:10 Tennis 62
Azərbaycanlı badmintonçular Gürcüstanda 11 medal qazandı

Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar.

Təmsilçilərimizin turnirdəki ümumi qazancı 7 qızıl, 3 gümüş və 1 bürünc medal olub.

Badmintonçularımız ənənəvi olaraq Batumidə keçirilən “Youth International” turnirində ötən il 5-i, 5-i gümüş və 6-sı bürünc olmaqla 16 medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 18:10 Çək və bizə göndər!