Dünyanın ən çox gəlir əldə edənləri – Pula pul demirlər

4 Dekabr 2024 22:00 Tennis 710
Dünyanın ən çox gəlir əldə edənləri – Pula pul demirlər

“Forbes” dünyanın ən çox gəlir əldə edən tennisçilərinin siyahısını tərtib edib.

Sportinfo.az xəbər verir ki, ilk pillədə Novak Cokoviç yer alıb.

“Böyük dəbilqə” turnirlərində 24 dəfə qalib gələn serbiyalı tennisçinin qazancı 211 milyon 397 min 612 dollar göstərilib.

İlk “üçlük”də müvafiq olaraq isveçrəli Rocer Federer (171 milyon 785 min 513 dollar) və isveçrəli Rafael Nadal (162 milyon 526 min 751 dollar) qərarlaşıb.

Tennisçilərin hər mövsüm üçün qazancları 2024-cü ilə əsasən, inflyasiya nəzərə alınmaqla yenidən hesablanıb, daha sonra cəmlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan